İnsanlara hürriyət, millətlərə istiqlal!

Çinli məmur “boş layihələrə” 21 milyard dollar xərcləyib

712 09.01.2024 15:00 Dünya A A

Çin rəsmisi Li Zayonq müxtəlif “boş layihələrə” 150 milyard yuandan (21 milyard dollar) çox pul xərcləyib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, layihələrdən biri ildə iki aydan az qar yağan Quyjou əyalətində inşa edilən xizək kurortu olub.

Bloomberg yazır ki, Li Zayonq Lyupanşuy şəhərinin rəhbəri olduğu müddətdə 23 turizm obyektinin tikintisinə icazə verib, onlardan 16-sı iqtisadi baxımdan səmərəsiz olub, yaxud heç fəaliyyət göstərmir.

Mübahisəli xizək kurortuna 3 milyard yuandan çox dövlət vəsaiti xərclənib. Üstəlik, Lyupanşuyda artıq iki başqa xizək kurortu var.

Qeyd olunur ki, Quyçjou əyaləti Çinin ən yoxsul vilayətlərindən biridir və yüksək borc səviyyəsinə malikdir.

Çinin anti-korrupsiya bürosunun nümayəndələri Zayongu 2013-2017-ci illər arasında "kor-koranə borc götürməkdə”, öz şəhərinin və bütövlükdə vilayətin real problemli maliyyə vəziyyəti ilə bağlı heç bir narahatlıq keçirməməkdə günahlandırıb. Nəticədə şəhər rəhbərinin fəaliyyəti dövründə yığılan borcun ümumi məbləği 2022-ci ildə bütün şəhərin ÜDM-inə bərabər olub

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR