İnsanlara hürriyət, millətlərə istiqlal!

Çinin ixracı yenə azaldı, idxalı isə artdı

430 07.11.2023 20:00 Dünya A A

Oktyabrda Çin ixracının həcmi illik müqayisədə 6,4 faiz azalaraq 274,83 milyard dollar təşkil edib.

Musavat.com Çin Baş Gömrük İdarəsinin məlumatına istinadən xəbər verir ki, artıq altıncı aydır ki, xaricdən tələbin azalması nəticəsində ölkənin ixracı azalır.

“Trading Economics” ekspertlərinin konsensus proqnozu göstəricinin 3,3 faiz azalmasını nəzərdə tuturdu. Sentyabrda ixrac illik ifadədə 6,2 faiz azalmışdı.

Oktyabrda Çinin idxalı gözlənilmədən 3 faiz artaraq 218,3 milyard dollar təşkil edib.Analitiklər orta hesabla 4,8 faiz azalma proqnozlaşdırmışdılar. Sentyabrda idxal 6,2 faiz azalmışdı. Oktyabrdakı artım bu ilin fevralındanb bəri ilkdir. Ekspertlərə görə, bu fakt Pekinin iqtisadiyyatı dəstəkləmək üçün həyata keçirdiyi tədbirlər nəticəsində daxili istehlakın artdığını göstərir.

Çinin xarici ticarət profisiti bir il əvvəlki 82,35 milyard dollar və sentyabrdakı 77,71 milyard dollarla müqayisədə oktyabrda 56,53 milyard dollara düşüb.

Çinin idxalının artması qlobal bazarlar üçün müsbət siqnal olsa da, ixracının azalması ölkə itisadiyyatında sürətlənən bərpa prosesinə ciddi təhdid yaradan faktor kimi çıxış edir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR