İnsanlara hürriyət, millətlərə istiqlal!

Çingiz Abdullayev: “Rüstəm İbrahimbəyov yeganə insandır ki, dünyada 6 ölkənin mükafatını alıb”

707 16.03.2022 19:22 Mədəniyyət A A


“Xalqımızın böyük şəxsiyyəti olan Rüstəm İbrahimbəyov dünyada 6 ölkənin mükafatını almış yeganə insandır”.

Musavat.com bildirir ki, bu sözləri Xalq yazıçısı Çingiz Abdullayev Rüstəm İbrahimbəyov haqda danışarkən deyib. Xalq yazıçısı mərhumla bağlı xatirələrindən söz açarkən aşağıdakıları bildirib:

“Xatırlayıram ki, 1990-cı ildə Rüstəm İbrahimbəyov məndən 10 nüsxə “Qara Yanvar” kitabını istəmişdi. O, kitabda olan dəhşətli şəkilləri Fransa və ABŞ ictimaiyyətinə göstərmək niyyətində idi. Kitabları sərhəddən keçirə bilməyəcəyini ona bildirəndə o, cavabında SSRİ-nin deputatı olduğu üçün onu yoxlamayacaqlarını söyləmişdi. Bu gün bizə ABŞ, Fransa, Almaniya, hətta Rusiya və Ukraynadan məktublar gəlir və bu zaman başa düşürsən ki, necə böyük bir insanı itirmişik”.

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR