İnsanlara hürriyət, millətlərə istiqlal!

Cinayətkar dəstədən ŞOK ƏMƏL - Meyitləri oğurlayıb SATDILAR

797 30.01.2024 13:31 Dünya A A

İspaniyanın Valensiya şəhərində xəstəxanalardan saxta sənədlərlə cəsədləri oğurlayıb tibb fakültələrinə satan cinayətkar dəstə aşkarlanıb.

Musavat.com Haber Global”a istinadən xəbər verir ki, bu barədə İspaniya Milli Polisi məlumat yayıb.

Qeyd olunub ki, yaşları 41 ilə 74 arasında olan 4 İspaniya vətəndaşı cəsəd oğurlamaqda şübhəli bilinərək tutulub.

Polisdən verilən açıqlamada bildirilib ki, cinayətkar dəstə xəstəxanalarda və qocalar evlərində vəfat edən kimsəsiz şəxslərin cəsədlərini saxta sənədlər hazırlayaraq tibb fakültələrinə satıb.

Məlumata görə, sözügedən cinayətkar təşkilat kimsəsiz, qoca və ya həyati təhlükəsi olan şəxsləri izləyib, onlar öldükdən sonra isə saxta sənədlərlə cəsədləri 1200 avroya tibb fakültələrinə satıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR