İnsanlara hürriyət, millətlərə istiqlal!

Çin Rusiyadan neft alışını kəskin artırıb

783 20.06.2022 10:33 İqtisadiyyat A A

May ayında Çin Rusiyadan xam neft alışını rekord həcmə çatdırıb. Musavat.com “Reuters”ə istinadən xəbər verir ki, mayda Çinin Rusiyadan aylıq neft alışı 55 faiz artaraq 8,42 milyon tona yaxın olub. Bu, gündəlik 1,98 milyon barel neft deməkdir. Bu göstərici aprellə müqayisədə 25 faizə yaxın artımdır.

Sanksiyalara görə Rusiya neftini böyük endirimlə alan Çin digər satıcılardan alışı xeyli azaldıb. Özü də Rusiya neftinin əsas alıcıları Çinin “Sinopec” və “Zhenhua Oil” kimi iri dövlət şirkətləri çıxış edib.

May ayında Çinə neft satışında ikinci yeri 7,82 milyon tonla(gündə 1,84 milyon barel) Səudiyyə Ərəbistanı tutub. Bu, illik ifadədə 8,7 faiz artım demək olsa da, aprel ayı ilə müqayisədə gündəlik 330 min barel azalma deməkdir.

Rusiyadan əldə olunan endirimə görə Çin mayda Braziliyadan neft alışını 19 faiz azaldıb – cəmi 2,2 milyon ton.

Qeyd edək ki, son həftələrdə Səudiyyə Ərəbistanı Avropaya neft ixracını artırır. Bu proses Rusiya ilə ərəb dövlətlərinin bazar mübadiləsi xarakteri almaqdadır. Lakin Rusiya öz neftini böyük endirimlə, yüksək nəqliyyat xərcləri ilə sata bilirsə, ərəb ölkələri üçün Avropaya neft Asiya ilə eyni qiymətə başa gəlir.

Hələlik Rusiya böyük endirimlə də olsa, neftini Asiyaya sata bilir. Lakin Avropa Birliyi neft idxalını digər mənbələr hesabına tam tənzimlədikdən sonra ABŞ və Avropanın Rusiya neftinin satışına ikincili embarqo tətbiq edəcəyi gözlənilir. Nəzərə alsaq ki, Venesuealaya belə embarqonun tətbiqi nəticəsində Çin və Hindistan bu ölkədən neft alışını tamamilə dayandırmalı olub, onda rahatlıqla demək olar ki, Rusiya neftinə də eyni münasibət göstəriləcək. Hər halda, nə Çin, nə də Hindistan embarqoya qarşı gedib Rusiya neftini açıq şəkildə ala bilməyəcəklər. Gizli yolla çatdırılan neftin həcmi və qiymətinin açıq satışdan qat-qata aşağı olacağı isə bəribaşdan məlumdur. İranın timsalında belə satışın ölkəyə nə qədər gəlir gətirdiyi nümunəsi var...

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR