İnsanlara hürriyət, millətlərə istiqlal!

Çin neft idxalını aylıq ifadədə cüzi artırıb

698 07.06.2024 20:51 İqtisadiyyat A A

May ayında Çinin neft idxalının orta gündəlik həcmi aprel ayı ilə müqayisədə 1,6 faiz artaraq 10,882 milyon bareldən 11,06 milyon barelə çatıb.

Musavat.com xəbər verir ki, bu barədə İnterfaks Agentliyi Çin Baş Gömrük İdarəsinin statistikasına əsasən məlumat yayıb.

Məlumatdan aydın olur ki, Mütləq ifadədə Pekinin neft idxalı ötən ay demək olar ki, 47 milyon ton neft təşkil edib ki, bu da 44,721 milyon tonluq idxal qeydə alınan aprel ayı ilə müqayisədə 5 faiz çoxdur, lakin əvvəlki ilin eyni ayına nisbətən 8,7 faiz azdır. 2024-cü ilin may ayında alınan xammalın dəyəri 29,72 milyard dollar təşkil edib.

Orta gündəlik ifadədə, keçən ay Çinə neft tədarükünün həcmi apreldə 1,49 milyon tona qarşı sutkada 1,515 milyon ton təşkil edib.

Ötən ay Çinə neft məhsullarının tədarükü 21,5% azalıb: apreldə 5,67 milyon tondan may ayında 4,45 milyon tonadək. Bu da 2023-cü ilin may ayı ilə müqayisədə 2,3 faiz azdır. Ötən ay neft məhsullarının ümumi idxalı ölkəyə 2,74 milyard dollara başa gəlib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR