İnsanlara hürriyət, millətlərə istiqlal!

Çin neft idxalına nəzarəti sərtləşdirdi

300 07.11.2023 11:23 Dünya A A

Çin hakimiyyəti neft, dəmir filizi, mis konsentratı və kalium gübrələrinin idxalına, həmçinin nadir torpaq elementlərinin ixracına statistik nəzarəti gücləndirib.

Musavat.com xəbər verir ki, bu barədə Çinin Ticarət Nazirliyi məlumat yayıb.

Nazirlik bildirir ki, bu məhsullar onların idxalı ilə məşğul olan və beynəlxalq ticarət əməliyyatlarında iştirak edən lisenziyalı şirkətlərin Çinin səlahiyyətli orqanlarına xarici ticarət fəaliyyəti ilə bağlı əsas məlumatları təqdim etməyə məcburi olduğu dövlət reyestrinə daxil edilib. Müvafiq məlumatların toplanması, təşkili və təhlili Çinin Metallar, minerallar və kimya məhsullarının idxal-ixracı üzrə Ticarət Palatası (CCCMC) tərəfindən müntəzəm olaraq həyata keçirilməlidir. Qərar oktyabrın 31-də qüvvəyə minib və iki il müddətində qüvvədə olacaq.

Qeyd edək ki, indiyədək belə tələb 14 növ digər məhsula münasibətdə də mövcud olub. Söhbət Çinin idxal etdiyi soya, kolza, soya, palma və kolza yağı, soya unu, təzə və quru süd, zərdab, donuz əti, mal əti, quzu əti və ona aid əlavə məhsullar, qarğıdalı cecəsi, o cümlədən şəkərdən gedir.

Onu da bildirək ki, son vaxtlar dünyada neftin “boz” – uçotdankənar ticarətində Çin şirkətlərinin adı ön sıralarda hallanır. Yaxın həftələrdə bu ticarətin iştirakçılarına qarşı ABŞ və Avropa İttifaqı tərəfindən sanksiyaların tətbiq olunması gözlənilir. Belə görünür ki, Pekin şirkətlərini qorumaq üçün neft idxalına nəzarəti sərtləşdirir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR