İnsanlara hürriyət, millətlərə istiqlal!

Çin Mərkəzi Bankı faizləri dəyişmədi

284 20.06.2024 10:59 Dünya A A

Çin Xalq Bankı (PBOC, ölkənin mərkəzi bankı) əsas kredit dərəcəsini (LPR) bir il ərzində illik 3,45 faiz səviyyəsində saxlayıb.

Musavat.com Reuters-ə istinadən xəbər verir ki, beş illik kreditlər üzrə faiz dərəcəsi 3,95 faiz səviyyəsində saxlanılıb.

Birinci göstərici 2023-cü ilin avqustundan, ikinci göstərici 2024-cü ilin fevralından bu səviyyədə qalıb. Hər iki dərəcə rekord aşağıdır.

Analitiklər cümə axşamı məzənnələrin dəyişəcəyini gözləmirdilər.

Mərkəzi Bankın rəhbəri Pan Qonqşenq bir gün əvvəl qurumun dəstəkləyici pul siyasətinə sadiq qalacağını bildirib. O, Lujiazui illik forumunda qeyd edib ki, bu addım iqtisadiyyatın bərpasına kömək edəcək və sosial-iqtisadi inkişaf üçün əlverişli pul və maliyyə mühiti yaradacaq.

ÇMB rəhbəri vurğulayıb ki, dünyanın bir çox mərkəzi bankları yüksək faiz dərəcələri ilə xarakterizə olunan monetar siyasətdə məhdudlaşdırıcı mövqe tutur, Çində isə vəziyyət bir qədər fərqlidir:

"Bizim mövqeyimiz dəstəkləyicidir. B, iqtisadiyyatın davamlı olaraq bərpası və yaxşılaşması üçün zəruri olan maliyyə dəstəyini təmin edir".

Onun sözlərinə görə, PBOC çevik şəkildə müxtəlif pul siyasəti alətlərindən, məsələn, məcburi ehtiyat normasının və faiz dərəcələrinin azaldılmasından istifadə edir ki, bu da iqtisadi inkişaf üçün əlverişli mühitin yaradılmasına kömək edir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR