İnsanlara hürriyət, millətlərə istiqlal!

Çin kəşfiyyatı kosmos sektorunda bir neçə casusluq faktı aşkarlayıb

712 19.05.2024 03:02 Dünya A A

Çinin Baş Kəşfiyyat İdarəsi son illərdə kosmos sektorunda bir neçə casusluq faktı aşkarlayıb.

“Report” xəbər verir ki, bu barədə “South China Morning Post” Çin Xalq Respublikasının Dövlət Təhlükəsizlik Nazirliyinin məlumatlarına əsaslanaraq yazıb.

Qeyd olunub ki, nazirlik bəzi ölkələrin kəşfiyyat xidmətlərinin əməllərini ifşa edərək, aerokosmik sektorda çoxsaylı casusluq faktlarını aşkarlayıb. Lakin, məlumat sızmasının qarşısı alınıb:

“Bəzi ölkələr ölkəmizi kosmik sektorda əsas rəqib kimi görür və bizi sıxışdırmaq üçün səylərini əsirgəmir”- nazirlik bildirib.

Pekinin kosmos sirlərini oğurlamaqda ittiham etdiyi konkret ölkələrin adı açıqlanmır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR