İnsanlara hürriyət, millətlərə istiqlal!

Çin dünyanın 200 şirkətinin gəlirlərinin 15%-ni təmin edib 

544 09.01.2024 19:32 Dünya A A

2022-ci ildə Yaponiya, Avropa və ABŞ-dan gələn 200 transmilli korporasiyanın (MNC) gəlirinin təxminən 15%-i Çinin payına düşüb.

Musavat.com xəbər verir ki, bu barədə “Bain & Company” konsaltinq şirkəti məlumat yayıb.

“Tesla”, “Mercedes-Benz” və yapon kosmetika markası “Shiseido”nun dünyanın ikinci ən böyük iqtisadiyyatına qoyduğu sərmayənin həcmi artıb. Belə ki, həmin şirkətlərin Çindən əldə etdikləri gəlirlərin həcmi 22%-dən 37%-ə çatıb.

“Bain & Company”nin məlumatına görə, Çin qida və içkilər, avtomobillər, tekstil və geyim, kimya və kimya məhsulları, dəmir və polad və məişət elektronikası üçün ən böyük bazar olaraq qalır.

“Çin iqtisadiyyatı böyüməyə davam edəcək və burada iş aparan transmilli korporasiyalar üçün qlobal gəlirlərin artan payını təmsil edəcək”, - “Bain & Co” tərəfdaşı bildirib.

Bununla belə, “Bloomberg”in proqnozuna görə, Çində iqtisadi artım 2024-cü ildə 4,5%-ə qədər azala bilər.

Afaq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR