İnsanlara hürriyət, millətlərə istiqlal!

Çin dünya elektromobil bazarını ələ keçirir

1807 08.12.2023 22:39 Dünya A A

2023-cü ilin yanvar-sentyabr aylarında dünyada yeni enerji növləri ilə işləyən avtomobillərin (NEV) satışı 9,75 milyon ədəd təşkil edib.

Bu barədə məlumatı Çinin “Sinxua” agentliyi yeni növ enerji ilə işləyən avtomobillər üzrə Ümumdünya Konqressinin materiallarına istinadən yayıb. Məlumatda qeyd edilir ki, bu həcmin 6,28 milyon ədədi və ya 64 faizi Çinin payına düşüb.

Konqres dekabrın 7-dən 9-dək Çinin Haynan adasındakı Haikoi şəhərində keçirilir. Tədbirdə verilən məlumata görə, NEV-lər Çində satılan yeni avtomobillərin 29,8 faizini təşkil edir.

Çin Mühəndislik Akademiyasının üzvü Li Jun hesab edir ki, Çin bazarı hələ bundan sonra təxminən 200 milyon avtomobil də qəbul edə bilər. Onun fikrincə, bazar 2055-ci ilə qədər doyacaq, o zaman ölkədə 500 milyondan çox alternativ enerjiylə işləyən avtomobil olacaq.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR