İnsanlara hürriyət, millətlərə istiqlal!

“Çılpaq gecə”ni NATO təşkil edib - İlnitski

1404 02.04.2024 16:51 Dünya A A

Rusiyalı məşhurların iştirakı ilə keçirilən "Çılpaq gecə" mərasimi ABŞ və NATO-nun mental təcavüz aktıdır.

Musavat.com axar.az-a istinadən bildirir ki, bunu Rusiya müdafiə nazirinin müşaviri Andrey İlnitski deyib.

Onun sözlərinə görə, mərasimin məqsədi Rusiya cəmiyyəti və gəncliyini parçalamaq idi:

"Bu, heç də təsadüfi deyil, elitaların deqradasiyası ilə dövlətin və rus dünyasının məhv edilməsi texnologiyasının elementidir".

Qeyd edək ki, ötən ilin dekabrın 20-də bloger Nastya İvleyevanın təşkilatçılığı ilə keçirilən "Çılpaq gecə" mərasimi Rusiya ictimaiyyətində birmənalı qarşılanmamışdı. Gecədə iştirak edən Filipp Kirkorov, Lolita, Kseniya Sobçak kimi məşhurlar ciddi tənqidlərə məruz qalmışdı.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR