İnsanlara hürriyət, millətlərə istiqlal!

Cibinizin boşalmasını istəmirsinizsə, bu bazarla işləməyin! - CİDDİ XƏBƏRDARLIQ

3443 17.01.2023 22:19 İqtisadiyyat A A

Maliyyə bazarları üzrə ekspert Azər Balamedov Musavat.com-a kriptovalyuta bazarındakı mövcud durumu şərh edib.

azer.PNG (443 KB)

Ekspert investorlara xəbərdarlıq edib:

"Kriptovalyutaların əsas flaqmanı bitkoindir. Kriptovalyutalar son 1 ildir neftin qiyməti kimi təzyiq altındadır. Çünki onlar aparıcı fond indekslərinə ("S&P 500", "Dow Jones 30", "Dow Jones 100", "Nasdaq") bağlıdır. Bu indekslərin dinamikası birbaşa kriptovalyuta bazarına təsir edir. Çünki Federal Ehtiyat Sistemi demək olar ki, 1 ildir fasiləsiz şəkildə faiz artımına gedir. Yaxın 6 ayda faiz artımı dayanmayacaq. Avropa Mərkəzi Bankı, İngiltərə Bankı, İsveçrə Bankı, Yaponiya Mərkəzi Bankı, Avstraliya Bankı və Kanada Bankının faiz siyasətinə baxmaq lazımdır. Onlar artım istiqamətindədirsə, bu, dolların xeyrinədir. Belə olan halda neftin qiyməti də, fond indeksləri də təzyiq altındadır.  

Bu bazarda korrektiv şəkildə cüzi artımlar da olur. Bu da potensial investorları alış əməliyyatları həyata keçirməyə provokasiya edir. Bu isə məsləhət deyil. Hazırda kriptovalyuta bazarında investisiya həyata keçirmək tövsiyə olunmur, onları birmənalı şəkildə almaq olmaz. Çünki artım impulsu yoxdur. Bu bazara daxil olmaq üçün xüsusi təlimlərdən keçmək lazımdır. Kriptovalyuta bazarı spekulyativ, manipulyativ xarakter daşıyır. Biz investisiyadan danışanda dünya istiqraz bazarı, fond bazarları və valyuta bazarına baxırıq. Aparıcı fond indeksləri artım trendinə daxil olanda biz kriptovalyuta bazarında da spekulyativ pulların orada yerləşməsinin şahidi olacağıq. Əgər potensial investorların sərbəst pulları varsa, onlar əmlak və fiziki qızıl bazarına baxa bilərlər".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR