İnsanlara hürriyət, millətlərə istiqlal!

Ceyhun Bayramov Toivo Klaarla görüşdü FOTO

498 22.02.2024 17:28 Son xəbər A A

Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib.

Musavat.com xəbər verir ki, görüşdə tərəflər Azərbaycan-Avropa İttifaqı əlaqələrinin cari vəziyyətini, Azərbaycanla Ermənistan arasında normallaşma prosesini və sülh sazişi layihəsi perspektivlərini müzakirə ediblər.

C. Bayramov uzunsürən sabitlikdən sonra heç bir təhrikedici amil olmadan snayper atəşi nəticəsində Azərbaycan hərbi qulluqçusunun yaralanması ilə nəticələnən Ermənistan təxribatının sülh prosesinə zərbə vurmaq məqsədi daşıdığını diqqətə çatdırıb.

Sülh sazişi layihəsinə gəldikdə, ölkəmizin növbəti şərhlərinin Ermənistan tərəfinə təqdim edildiyi və bu istiqamətdə danışıqlar prosesinin başlamasında maraqlı olduğumuz diqqətə çatdırılıb. Bununla yanaşı, Ermənistanın Konstitusiyasında, qanunvericilik aktlarında, beynəlxalq təşkilat və məhkəmələrdə ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı davam edən iddialar bir daha xatırlanıb və bu iddiaların qəbuledilməz olduğu vurğulanıb.

Görüşdə, habelə tərəflər qarşılıqlı maraq doğuran ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparıb.


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR