İnsanlara hürriyət, millətlərə istiqlal!

Ceyhun Bayramov: Ermənistanla sülh sazişinin imzalanması üçün real şanslar var

390 16.10.2023 21:43 Siyasət A A

Ermənistanla sülh sazişinin imzalanması üçün real şanslar var.

APA xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayaramov almaniyalı həmkarı Annalena Berbokla telefon danışığında bildirib.

Nazir bildirib ki, bölgədə sülh və təhlükəsizliyin bərqərar edilməsi istiqamətində səylərə mane olan təxribatçı addımların, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı olan çağırışları dəstəkləyən bəyanatlardan çəkinmək vacibdir.

"Azərbaycanın bütün ərazisində suverenliyinin bərpa edilməsindən sonra, Ermənistanla sülh sazişi imzalanması üçün real şansların olduğu, Ermənistan tərəfindən bu imkanların müsbət dəyərləndiriləcəyinə ümidvar olduğumuz diqqətə çatdırılıb.

Daha sonra, qarşılıqlı maraq doğuran ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb", - deyə məlumatda bildirilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR