İnsanlara hürriyət, millətlərə istiqlal!

Ceyhun Bayramov: "BMT sistemində islahatlar zəruridir"

396 11.11.2023 23:54 Siyasət A A

BMT sistemində islahatlar zəruridir.

Musavat.com  xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Birgə Ərəb İslam Fövqəladə Sammitində çıxışında deyib.

Nazir çıxışında son dövrdə regionda və dünyada baş verən hadisələr, mövcud qeyri-sabitliyin birbaşa olaraq beynəlxalq hüququn tətbiqində ikili standartlar problemindən qaynaqlandığı, bu istiqamətdə beynəlxalq təşkilatlar, o cümlədən BMT sistemində islahatların zəruri olduğunu vurğulayıb.

Nazir Ceyhun Bayramov, 30 ilə yaxın müddət ərzində Ermənistanın hərbi işğalı və münaqişədən əziyyət çəkən bir ölkə kimi İslam Əməkdaşlıq Təşkilatının dəstək və həmrəyliyini yaxından hiss etdiyimizi bildirib. Münaqişə zamanı, habelə post-münaqişə dövründə bir sıra beynəlxalq təşkilatların ikili standartları ilə üzləşdiyimiz bir vaxtda göstərilən ədalətli mövqeyə görə təşəkkür edilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR