İnsanlara hürriyət, millətlərə istiqlal!

Cənubi Koreyanın əhalisi iki dəfə azala bilər – doğum faizi 0-ın üstündədir

419 29.02.2024 10:53 Dünya A A

Cənubi Koreyanın əhalisi ildən-ilə azalır, çünki dünyada ən aşağı doğum səviyyəsinə malikdir.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, dünən açıqlanan məlumatlar doğum nisbətinin 2023-cü ildə daha 8% azalaraq 0,72-yə çatdığını göstərib.

Əhalinin sabit qalması üçün bu göstərici 2,1 olmalıdır. Bununla belə, mövcud tendensiyalar davam edərsə, Koreya əhalisinin 2100-cü ilə qədər iki dəfə azalacağı təxmin edilir.

Bildirilir ki, dünyanın inkişaf etmiş ölkələri məhsuldarlığın azalması ilə üzləşir, lakin Cənubi Koreya ilə eyni dərəcədə deyil. Gələcəklə bağlı proqnozlar son dərəcə acınacaqlıdır: 50 ildən sonra əmək qabiliyyətli əhalinin sayı iki dəfə, hərbi xidmətə çağırılanların sayı 58 faiz azalacaq, əhalinin, demək olar ki, yarısı 65 yaşdan yuxarı olacaq.

Bu, Cənubi Koreyanın iqtisadiyyatı, pensiya fondu və ümumi təhlükəsizliyi üçün ciddi problemlərdən xəbər verir. Siyasətçilər artıq “milli fövqəladə vəziyyət” elan ediblər.

Təxminən 20 il ərzində bi-birini əvəz edən hökumətlər problemi həll etmək üçün böyük məbləğdə - 379,8 trilyon von (286 milyard dollar) xərcləyiblər. Ancaq bu, nəticə verməyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR