İnsanlara hürriyət, millətlərə istiqlal!

Çempionlar Liqası finalı İrəvanda keçiriləcək

7537 19.12.2023 23:07 İdman A A

UEFA Futzal üzrə Çempionlar Liqasının 2024-cü ildə baş tutacaq finalı Ermənistanda keçiriləcək.

Offsideplus.az xəbər verir ki, bu barədə qitə futbol qurumu rəsmi məlumat yayıb. Ermənistan finalın keçirilməsi üçün namizədliyini verən Yunanıstan, Litva, Polşa, İspaniya və İsveçrə kimi ölkələri üstələyərək qalib olub və nəticədə həlledici matça ev sahibliyi edəcək.

Oyunlar İrəvanda yerləşən "Karen Dermiçyan Arena"da baş tutacaq. Yarımfinal oyunları mayın 3-də, 3-cü yer və final qarşılaşmaları isə mayın 5-də keçiriləcək.

Qeyd edək ki, Azərbaycanın bu turnirdə yeganə təmsilçisi “Araz-Naxçıvan” UEFA Çempionlar Liqasının ilkin mərhələsində mübarizəni dayandırıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR