İnsanlara hürriyət, millətlərə istiqlal!

Çempionlar Bakıda belə qarşılandı - Fotolar

896 24.10.2022 10:06 İdman A A

İtaliyada gənclər arasında dünya çempionatının qalibi olan Azərbaycan şahmatçıları Gövhər Beydullayeva və Abdulla Qədimbəyli Vətənə qayıdıblar.

Musavat.com xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında idmançılarımızı Gənclər və İdman Nazirliyinin əməkdaşları, Şahmat Federasiyasının rəhbərliyi və kollektivi, idman ictimaiyyətinin nümayəndələri, şahmatçıların ailə üzvləri qarşılayıblar.

Qeyd edək ki, Azərbaycan şahmatçısı Gövhər Beydullayeva İtaliyada keçirilən 20 yaşlı şahmatçıların dünya çempionatında qızıl medal qazanıb. Şahmatçımız 9-cu turda erməni rəqibi Məryəm Mkrtçyanı məğlub edib. 10-cu turda Zala Ur (Sloveniya) ilə heç-heçə edib. Gövhər Beydullayeva 8,5 xalla dünya çempionu olub.

G.Beydullayeva 20 yaşlılar arasında çempion olan ilk azərbaycanlı qadın şahmatçıdır.

Kişilərin oyununda isə hesabat turunda Azərbaycanın iki təmsilçisi – Abdulla Qədimbəyli ilə Məhəmməd Muradlı qarşılaşıblar. Tərəflər sülhə razılaşıblar. Bu nəticədən sonra Qədimbəylinin xalı 8-ə, Muradlınınkı isə 7,5-ə çatıb. Bu tura qədər 8 xalla lider olan macarıstanlı Adam Kozak hindistanlı Luk Laon Mendonkaya məğlub olduğu üçün əlavə əmsallara görə Abdulla Qədimbəyli dünya çempionu olub.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR