İnsanlara hürriyət, millətlərə istiqlal!

“Cəhənnəmə gedirik, qan töküləcək...” – Tramp

669 31.01.2024 17:25 Dünya A A

ABŞ Prezidenti Co Bayden öz siyasəti ilə dünyanı cəhənnəmə çevirib və ölkəni qan tökülməsinə aparır.

Musavat.com teleqraf.com-a istinadən bildirir ki, bunu ABŞ-nin keçmiş prezidenti Donald Tramp deyib.

"Co Bayden Əfqanıstanda Amerikanın şərəfindən əl çəkdiyi gündən dünya cəhənnəmə çevrilib, çünki hamı Ağ Evin sahibinin zəif, bacarıqsız və korrupsioner olduğunu bilir", -Tramp qeyd edib.

Onun sözlərinə görə, Baydenin addımları ABŞ-nin düşmənlərinə xaos və terror yaratmağa imkan yaradıb, nəticədə bu yaxınlarda Yaxın Şərqdəki Amerika bazasına hücum baş verdi.

Tramp Amerikanı məhv etməzdən əvvəl Baydeni təhlükəsizlik və salamat qalmaq naminə vəzifəsindən getməyə çağırıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR