İnsanlara hürriyət, millətlərə istiqlal!

Ceff Bezos yenə planetin ən zəngin adamı oldu - REYTİNQ CƏDVƏLİ

1637 06.03.2024 10:38 Dünya A A

“Amazon” meqahöldinqinin 60 yaşlı qurucusu Ceff Bezos növbəti dəfə “Tesla” və “SpaceX”-in baş direktoru İlon Maskı qabaqlayraq “Bloomberg” qlobal milyarderlər indeksində yenidən birinci yeri qazanıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, sonuncu dəfə o, 2021-ci ildə dünyanın ən varlı adamları siyahısında birinci olub.

2024-cü ildə sərvəti 200 milyard dollar dəyərində qiymətləndirilən Bezos dünyanın ən varlı adamları reytinqində İlon Maskla yanaşı, “ LVMH Moet Hennessy - Louis Vuitton”nun direktorlar şurasının sədri Bernar Arnonu da qabaqlayıb. Onların xalis sərvəti hazırda müvafiq olaraq 198 milyard və 197 milyard dollardır.

Bezosun kapitalı hesablanarkən onun kosmos kəşfiyyatı ilə məşğul olan “Blue Origin” şirkətindən əldə etdiyi gəlir və “Amazon”un səhmlərinin satışından əldə etdiyi gəlir nəzərə alınıb.

2021-ci ildə liderlik mövqeyini “Tesla” şirkətinin səhmlərinin qiymətlərinin artması sayəsində İlon Mask qazanmışdı. 2024-cü ildə “Tesla”nın səhmləri 24 faiz ucuzlaşıb.

Bloombergin “ən zənginlər” reytinqinin ilk 10-luğu belədir:

1. 200 milyard dollarlıq sərvətlə Jeff Bezos;
2. “SpaceX”, “Tesla” və X sosial şəbəkəsinin sahibi İlon Musk (198 milyard dollar);
3. LVMH şirkətlər qrupunun sahibi, fransız Bernar Arno (197 milyard dollar);
4. “Meta” şirkətinin təsisçisi Mark Zukerberq (179 milyard dollar);
5. “Microsoft”un həmtəsisçisi Bill Qeyts (150 milyard dollar)
6. “Microsoft”un keçmiş baş direktoru Stiv Balmer (143 milyard dollar);
7. İnvestor Uorren Baffet (133 milyard dollar);
8. “Oracle”ın keçmiş baş direktoru Larri Ellison (129 milyard dollar);
9. Google-un keçmiş baş direktoru Larri Peyc (122 milyard dollar);
10. Google-un keçmiş prezidenti Sergey Brin (116 milyard dollar).

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR