İnsanlara hürriyət, millətlərə istiqlal!

Çeferin: "Barselona" ilə bağlı vəziyyət çox ciddidir"

701 05.04.2023 13:14 İdman A A

UEFA prezidenti Aleksandr Çeferin "Barselona" klubu ətrafında yaranan vəziyyətə münasibət bildirib.

Qol.az xəbər verir ki, o, ölkəsi Sloveniyanın "Ekipa" qəzetinə müsahibəsində Kataloniya klubunun Hakimlər Komitəsinin sabiq vitse-prezidenti Xose Mariya Enrikes Neqreiraya pul ödəməsi iddiası ilə bağlı qalmaqala da toxunub. Bu məsələyə görə "Barselona"nın həm İspaniya, həm də UEFA tərəfindən cəzalandırılacağı, daha dəqiqi növbəti mövsüm üçün avrukoboklardan uzaqlaşdırılması ehtimalı var.

Çeferin bildirib ki, iki məsələyə görə, bu mövzu ilə əlaqədar qəti fikir bildirmək istəmir: "Birincisi, müstəqil bir intizam komitəmiz var. İkincisi, bu mövzunu tam olaraq araşdırmamışam. Amma onu deyə bilərəm ki, durumun son dərəcədə ciddi olması ilə bağlı məni məlumatlandırıblar. "Barselona"nın "Neqreira işi" futbol dünyasında gördüyüm ən ciddi işlərdən biridir".

UEFA prezidentinin sözlərinə görə, İspaniya Futbol Federasiyası hadisə keçmiş zamanda olduğu üçün hansısa sanksiya tətbiq etməyə bilər. İspaniya prokurorluğunun araşdırmanı davam etdirdiyini bilirəm. Amma söhbət UEFA-dan gedirsə, onda hansısa zamandan söhbət gedə bilməz".

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR