İnsanlara hürriyət, millətlərə istiqlal!

"Cəbrayıldakı evimizdən əsər-əlamət qalmayıb"

452 01.07.2026 10:16 Şou-biznes A A

"Cəbrayılda evimizin bağında gilas ağacı yox idi. Bizim bağa bitişik bağda isə gilas yetişirdi. Uşaq idim, gözüm qalırdı. Tamahım düşürdü, ağacın başına çıxıb 1-2 dəfə yeyib düşdüm. Üçüncü dəfə isə ağacdan düşmək istəyəndə gördüm ki, qonşu aşağıda məni gözləyir. Ardını demir, amma bir daha o ağaca yaxınlaşmadım".

Bu sözləri Əməkdar artist İlkin Əhmədov "Qonaqcanlı" verilişində deyib.

Sənətçi doğma yurdunun hazırda viran qaldığını vurğulayaraq gileyini belə ifadə edib:

"Kaş ki, o gilaslı, bağlı-bağatlı torpaqlarımıza, günlərimizə dönə biləydik. İndi gedirik, hamısı virandır, talan olunub. Evimizin divarlarından belə əsər-əlamət qalmayıb. Düşmənçiliyin də bir həddi var. Allah bizi bir də belə faciə ilə üzləşdirməsin".  (Axşam.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR