İnsanlara hürriyət, millətlərə istiqlal!

Cəbrayılda “Azərsun"un maşını mina düşüb, sürücü xəsarət alıb

392 14.07.2022 16:59 Hadisə A A

Cəbrayılda “Azərsun"un maşını mina düşüb, sürücü xəsarət alıb.

Musavat.com xəbər verir ki, bu barədə "Report"a ANAMA-dan məlumat verilib.

Bildirilib ki, 2022-ci il 14 iyul tarixində Cəbrayıl rayonunun Dağtumas kəndi ərazisində minalardan təmizlənməmiş ərazidə mina hadisəsi baş verib.

“Azərsun Holdinq" MMC şirkətinə məxsus yükdaşıma nəqliyyat vasitəsi TM 62 P tank əleyhinə minaya düşüb. Partlayış nəticəsində xəsarət alan sürücü - 1996-cı il təvəllüdlü İmişli rayon sakini Məmmədov Şamil Fərahim oğlu rayon xəstəxanasına çatdırılıb.

ANAMA bir daha vətəndaşlarımıza müraciət edərək təhlükəli və şübhəli ərazilərə daxil olmamağa, rastlaşdıqları naməlum əşyalara toxunmamağa çağırır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR