İnsanlara hürriyət, millətlərə istiqlal!

Cavanşir Məmmədovun keçmiş kürəkəni həbsdə qaldı

686 14.09.2023 23:39 Şou-biznes A A

Xəbər verdiyimiz kimi, Bakı Ağır Cinayətlər Məhkəməsində Əməkdar artist Cavanşir Məmmədovun qızı Xatirə Məmmədova ilə qeyri-rəsmi nikahda olan Türkiyə vətəndaşı Kemal Mustafa İblinin işi üzrə məhkəmə prosesi keçirilib. Kemal Mustafa İbili 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilərək, məhkəmənin iclas zalında həbs olunub.

Axşam.az xəbər verir ki, qərardan narazı qalan Mustafa apellyasiya şikayəti verib. Ötən gün baş tutan apellyasiya məhkəməsində Mustafanın şikayəti təmin edilməyib.

Bu haqda Axşam.az-a açıqlamasında Cavanşir Məmmədov deyib.

"Birinci məhkəmədəki qərar qüvvədə qaldı. Mustafaya 6 il 6 ay həbs cəzası verilib" deyə, müğənni söyləyib.

Qeyd edək ki, Cavanşir Məmmədov hüquq-mühafizə orqanlarına müraciət edərək Kemal Mustafa İbli tərəfindən aldadıldığını bildirib. Kemal Mustafa İblinin Cavanşir Məmmədovdan 13 000 manat və 126 500 dollar aldığı və geri qaytarmadığı iddia olunub. M. İbli barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. Mustafa təqsirli bilinərək 6 il 6 ay azadlıqdan məhrum edilib. Qərardan narazı qalan Mustafa apellyasiya məhkəməsinə şikayət etmişdi.

Mustafa "Təsir dairəsi" verilişinə gələrək ona şər atıldığını deyib və kömək istəmişdi. Mustafa Xatirə ilə dini kəbinləri olduğunu söyləyib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR