İnsanlara hürriyət, millətlərə istiqlal!

Buzovnada evə basqın zamanı bıçaqlanan qadın xəstəxanada ölüb

486 01.12.2022 15:41 Kriminal A A

Buzovnada iki gün əvvəl evə basqın zaman başından bıçaqlanan qadın ölüb.

Musavat.com xəbər verir ki, 1945-ci il təvəllüdlü Şahirə Muradova bu gün xəstəxanada keçinib.

Baş Prokurorluğun mətbuat xidmətindən faktı təsdiqləyiblər. Bildirilib ki, faktla bağlı araşdırma aparılır.

Bununla da hadisə nəticəsində ölənlərin sayı 3-ə çatıb.

Qeyd edək ki, noyabrın 29-da saat 20 radələrində paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsində rayon sakinləri - 1939-cu il təvəllüdlü Elbrus Muradovun bıçaq xəsarətlərindən ölməsi, həyat yoldaşı, 1945-ci il təvəllüdlü Şahirə Muradovanın, oğlu 1971-ci il təvəllüdlü Rahil Muradovun və nəvəsi 1997-ci il təvəllüdlü Elbrus Ağalarovun xəsarət alması ilə bağlı polisə məlumat daxil olub.

Rahil Muradov hadisə günü xəstəxanada ölüb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR