İnsanlara hürriyət, millətlərə istiqlal!

Bütün yollar Zəngəzura aparır - Ankara Ermənistanın yola gələcəyinə ümid edir

339 09.01.2024 13:13 Dünya A A

Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülkadir Uraloğlu bildirib ki, ölkəsi 2029-cu ilə qədər Zəngəzur dəhlizi layihəsini reallaşdırmağa ümid edir.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, rəsminin sözlərinə görə, trekin Azərbaycan hissəsi, demək olar ki, tamamlanıb, Türkiyədə işlərə 2024-cü ildə başlanacaq. Ermənistanda proses başlamasa da, Uraloğlu baş nazir Nikol Paşinyandan “müsbət siqnalların” eşidildiyini iddia edir.

Nəqliyyat naziri vurğulayıb ki, dəhlizin Ermənistan hissəsi 43 km olacaq. Onun sayəsində Türkiyə “türk dünyası” ölkələrinə birbaşa çıxış əldə edəcək. Nazir Ermənistandan yan keçən İran marşrutunu xatırladıb, lakin Zəngəzur layihəsi hələ də daha cəlbedicidir. Yanvarın 3-də Azərbaycan prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Bakının tezliklə İrəvanla sülh müqaviləsi layihəsi üzrə danışıqlar aparmağa ümid etdiyini bildirib.

Qeyd edək ki, yanvarda ABŞ-da Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşünün keçirilməsi planlaşdırılır.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR