İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bugünkü gərginliyin əsas körükçüsü Baqrat Qalstanyan adında din dəllalıdır”-deputat

742 24.05.2024 11:58 Siyasət A A

Milli Məclisin iclası spiker Sahibə Qafarovanın rəhbərliyi ilə öz işinə başlayıb.

Cari məsələlər zamanı çıxış edən deputat Ceyhun Məmməfov diqqəti Ermənistanda davam edən ictimai-siyasi gərginliyə yönəltdi: “Bugünkü gərginliyin əsas körükçüsü isə Baqrat Qalstanyan adında din dəllalıdır. Ayın 26-da o yenidən “izdihamlı” mitinqlər təşkil etməyi planlaşdırır.

Hər birimizə məlum olduğu kimi, tarix boyu azərbaycanlılarla ermənilərin dinc şəraitdə yaşamasına mane olan əsas qurumlardan biri də erməni kilsəsi olub. Kilsə bu gün də eyni siyasəti davam edir”.

C.Məmmədov dedi ki, əslində səmavi dinlərin tarix boyu bəşəriyyətə göndərilməsinin əsas səbəbi xalqlar arasında sülhü və barışı təmin etmək olub: “Heç bir din insanlığı müharibəyə və düşmənçiliyə çağırmayıb. Bu addımlarla erməni kilsəsi öz dininə və onun ehkamlarına da xəyanət edir. İsa Peyğəmbər İncildə deyirdi. Bəs yaxşı Baqrat erməni cəmiyyətinə nə təklif edir. Sülhün alternativi müharibədir. Ermənistan dövləti və cəmiyyəti müharibəyə hazırdırmı? Hesab edirəm Erməni xalıq bu saxtakar keşişə və onun arxasında qorxaqcasına gizlənən köhnə rejimin qalıqlarına öz yerini göstərməlidir”.

E.Paşasoy,
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR