İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu yay istirahət üçün hansı ölkələr daha əlçatandır? — AÇIQLAMA

503 09.06.2026 23:29 Ölkə A A

Bu yay istirahət planlayanlar üçün ən vacib suallardan biri hansı ölkələrin daha sərfəli olmasıdır. Qiymət dəyişiklikləri və tur paketlərinin artıb-azalması seçimlərə birbaşa təsir göstərir. Buna görə də turistlər büdcələrinə uyğun istiqamətləri əvvəlcədən müəyyən etməyə çalışırlar.

Məsələ ilə bağlı turizm eksperti Rahib İsmayılov Demokrat.az-a bildirib ki, mövzu ümumilikdə çox aktual və bir qədər də həssasdır:

"Çünki əsasən getmə turizmi ilə məşğul olan şirkətlər hazırda yaxşı anlayırlar ki, qiymətlər o qədər də ürəkaçan deyil. Adətən ölkəmizdə turistlər daha çox istirahət üçün Türkiyə istiqamətinə üstünlük verirlər. Lakin Türkiyə istiqamətində hər il olduğu kimi bu il də qiymət artımı tendensiyası davam edir. Üstəlik, dünya üzrə hava yolları şirkətlərində yanacaq və digər xərclərlə bağlı yaranan çətinliklər də qiymət artımına təsir göstərir. Bu vəziyyət xüsusilə Türkiyə istiqamətinə daha çox təsir edir. Nəticədə hazırda bu istiqamətdə aktivlik bir qədər zəifləyib.

Hal-hazırda insanların ən çox üz tutduğu istiqamətlərdən biri, xüsusilə viza problemi olmayanlar üçün, Avropadır. Bir çox insan Türkiyədə istirahətə sərf edəcəyi vəsaitə alternativ olaraq Avropa ölkələrini görməyi daha üstün tutur. Bu baxımdan Avropa hazırda daha ön sıralarda yer alır".

Ekspert deyib ki, digər istiqamətlər arasında Türkiyə ilə yanaşı Misir və Monteneqro da diqqət çəkir:

"Monteneqroya maraq kifayət qədər yüksəkdir, baxmayaraq ki, bu il artıq vizalı rejim tətbiq olunur, buna baxmayaraq insanlar yenə də həmin istiqamətə üz tuturlar.

Yunanıstanı da xüsusi qeyd etmək lazımdır. Oranın kurort tipli məkanları, istirahət zonaları və şəhərləri turistlər üçün daha cəlbedici hesab olunur. Turoperator şirkətlər tərəfindən təşkil edilən çarter reysləri və tur paketlər bu istiqaməti daha əlçatan edir. Eyni zamanda viza prosesində göstərilən dəstək də əlavə üstünlük yaradır. Buna görə də Yunanıstanı ön sıralarda göstərmək olar.

Bəzi turistlər isə Asiya istiqamətinə üstünlük verirlər. Hazırda yay mövsümündə Taylandda yağış sezonu olduğu üçün o qədər də əlverişli sayılmır. Lakin Vyetnamın bəzi bölgələri və Bali kimi istiqamətlər daha münasib hesab olunur. Buna görə də müəyyən turist qrupu həmin bölgələrə də maraq göstərir", - deyə o qeyd edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR