İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu şəxslər 10 min manat cərimələnəcək - VİDEO

1330 03.08.2022 09:45 Sosial A A
 
Orqan transplantasiyası qanunvericiliyinin pozulmasına görə yeni cərimələr müəyyənləşib. Meyit donorun anonimliyini qorumayanlar cərimələnəcək.
 
Musavat.com-un xəbərinə görə, Milli Məclisin Səhiyyə komitəsinin üzvü, millət vəkili Məlahət İbrahimqızı "Xəzər Xəbər"ə bildirib ki, Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu imzalayıb. Bu dəyişikliklər mövcud qanunun bir neçə maddələrinə əlavələrdə öz əksini tapır.
 
M.İbrahimqızı qeyd edib ki, dəyişiklikdə donorların anonimliyinin qorunması ilə bağlı maddələr də əlavə edilib. Millət vəkili dəyişikliyin müsbət tərəflərinə diqqət çəkib.
 
Qeyd edək ki, dəyişikliklərdə canlı donor tərəfindən özünün zərərli vərdişləri və ona məlum olan xəstəlikləri barədə məlumat verilməməsinə görə 500 manatadək, şəxsin ölümdən sonra orqanlarının transplantasiya məqsədilə götürülməsinə razılıq və ya orqanlarının götürülməsindən imtina barədə iradə ifadəsinin olmasına dair məlumatların yayılmasına görə də vəzifəli şəxslər 1000 manat məbləğində, hüquqi şəxslər isə 4000 manat məbləğində cərimə edilir.
 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR