İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu sevgidə qurdalananların NƏZƏRİNƏ! - kəfən də axtarmayacaqlar...

2263 11.02.2023 15:34 Yazarlar A A

Neçə gündür nə yaza bilirəm, nə də poza. Donaraq izləyirəm. Adətən 1-ci günlər bir-birimizə həftənin uğurlu olmasını diləyirik. Bu həftə isə uğursuz gecə ilə gözünü qaranlıq səhərə açdı.

6 gündür qulağımda faciə musiqisi çalınır. Qardaşımın musiqisi iliyimə işləyir, saniyələri belə uzadaraq əllərimi yanıma salır. Bu musiqidə 21 mindən çox şəhid ruhu dolaşır, həyatdan 4 əllə yapışan 80 mindən çox ümid nəfəs alır.

2d135f2d-1f43-3bd4-8259-4c629a94e9a7_850.jpg (211 KB)

Gecənin ansızında şirin yuxulara haram qatan qara paltarlı qüvvə yeri yerindən oynatdı, özündən törəyən afterşokları miras qoyub getdi. Sanki qan davasına gəlmişdi. Düşmən də gərək mərd ola. Bu dəfə namərd düşmənlə üzləşmişdi qardaşımız. Körpələrlə, yaşlılarla dava aparmaq heç bir kitaba sığmaz, “qəhrəman”.

O “qəhrəman” 23 il əvvəl bizi də yelləmişdi. 22 saniyəlik canı ilə 30 can alıb yatağına çəkilmişdi. Son 1 əsrin vahiməsini yaşamaq bizim alnımıza yazılmışdı. Buna rəğmən, sağ-salamat qalmışdıq, üstümüzə heç nə uçmamışdı. Noyabrın yalnız bir gecəsini çöldə keçirməli olmuşduq. Bu bədheybət qonağın niyə məhz axşam və gecə saatlarını seçməsi indiyə qədər mənə sirr kimi qalıb.

zelzele.jpg (369 KB)

Mən 1 gün çöldə yatmışdım, qardaşlarım isə 6 gündür çöldə, ya da dağıntı altında yatır. Mən həmin gecə üzüyuxarı idim, Allahla danışırdım. Elə qorxmuşdum ki, dualarımı da artırmışdım. Qardaşlarım isə üzüaşağıdır, kimisi kəfənsiz qara torpaqda yatır, kimisi də daş-beton altında.

329829566_904911540693351_5402741422883407904_n.jpg (48 KB)

Hər keçən gün ümidlər azalır. 1939-cu ildən bəri ümidlərin ən çox öldüyü günləri yaşayır qardaşım.

umid.jpg (194 KB)

Qara qarğalar, qotur çaqqallar onun bu durumundan yararlanıb nəsə etməyə çalışırlar. Dediyim kimi, nəsə etməyə. Cəsarət karikatura ilə qisas almağa çalışan adi həriflərlə tərs mütənasibdir.

karik.jpg (61 KB)

Qardaş sözü, anlamı onların lüğətinə yaddır, onların yalnız bacıları olur, bəziləri anadan yetim doğulduğu kimi.

Uzun illərdir türklərlə, Türkiyə ilə düşmənçilik aparan Yunanıstan da onlara şillə kimi bir nümunə olmadı. Yunan xilasediciyə sarılan körpə sübut etdi ki, dünyanı qardaşlıq da olmasa, ən azından kişi kimi qonşuluq xilas edəcək.

yunan.jpg (56 KB)

Qardaşıma arxadan zərbə vurmağa çalışanlar yalnız Qərbdə oturmur. Çörəkləri dizləri üstə olan suriyalılar bu dəfə də yedikləri qaba tüpürdülər. Ötən ilin 13 noyabrında İstanbulun İstiqlal küçəsində tökdükləri qanın yeri qurumadan yenidən hərəkətə keçdilər. Bu dəfə şərəfsizliyin pik nöqtəsində duraraq - ölülərin qollarını kəsib qızıl qolbaqlarını oğurlamaqla.

polis.PNG (865 KB)

Erməni bacılarından dərs alıblar. Eyni əclaflığı meyitsoyan ermənilər bizə qarşı ediblər.

Bir zamanlar Türkiyənin T-sindən belə qorxanlar indi ona əl-qol uzatmağa başlayıblar. Ailə kiçik bir dövlətdir deyib, öz ailəsini idarə edə bilməyənlər böyük dövlətin idarəçisində qüsurlar axtarmaq kimi axmaq yarışa giriblər. Hamı başbilən, zəlzələşünas, politoloq, ən əsası, “candan yanan” olub. Bu “candan yanan”lar sosial şəbəkələri özlərinə 24 saatlıq ev seçiblər. 6 saatlıq yuxu rejiminə də əməl etmirlər ki, sosial şəbəkədə məcburən onlarla “üzləşməyək”.  

“Məşhur”, sapı özümüzdən olan baltalardan biri yazıb ki, çoxu qardaşı üçün niyə ağladığını, dərdinə şərik çıxdığını başa düşmür, küyə düşüb, axınla gedir. Qardaşa olan sevgidə qurdalanmaq heç bir ağıllı başa uyğun gəlmir, vəziyyətdən sui-istifadə edib, layk yığmaqdan başqa bir şey deyil. Gün gələcək, elələrinə kəfən də axtarmayacaqlar.

Pislər özləri də bilmədən yaxşılara daha çox dəyər verilməsinə yol açırlar. Köhnə maşını, arabası, aldığı pensiya ilə, qızına aldığı cehizlə qardaşına yardıma qaçanlar üzqaralarını 100 faizlə küncə sıxışdırır.

masin.jpg (102 KB)

baba.jpg (54 KB)

Klaviatura şirləri iddia edir ki, Türkiyənin başqa şəhərlərindən dağıntı olan ərazilərə yardım getmir. Ağ yalan. Afterşokların, buzlu yolların üstündən keçib 3 saatlıq yol qət edərək Kayseridən Maraşa maşınla yardıma qaçan tanıdığım insanlar var. Heç kim onları məcbur etmir, onlar vətənlərinin könüllü əsgərləri.

foto.jpeg (320 KB)

Təklif edirəm susmaq günü elan edilsin, gözlərimiz işə düşsün. Bu dəfə ağlamaq üçün yox, qardaşımıza olan sevginin dərinliyini ifadə etmək üçün.

 ata.PNG (1.28 MB)

Yalnız iyi gündə deyil, qarda, boranda da, ayağına daş dəyəndə də səninləyəm, CAN QARDAŞ! Bu sınaqdan da üzüağ çıxacağına adım kimi əminəm!

Aytən NOVRUZ

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR