Xalq artisti Röya Ayxan Aygün Kazımova ilə barışmaqları haqda danışıb.
Musavat.com xəbər verir ki, “Tarixin bir günü” verilişinə qatılan sənətçi gözəl dostluğa imza atacaqlarını bildirib:
“Bəzi məqamlar yaşandı ki, mən ora qayıtmaq istəmirəm. Aygün xanıma dedim bu səfər nəsə olsa, mən gərək sənəti tərk edim. Biz bu səfər tanış olduq. Mən hər zaman hörmətini saxlamışam, salamlaşmışam, qucaqlamışam. Çox hallarda bir yerə gedəndə görürəm ki, o da qırmızı geyinib, mən də. İkimiz də eyni vaxtda tüklü geyim tikdirirdik. Biz sevgi doluyuq və mən əminəm ki, bu sevgi çox gözəl dostluğa çevriləcək. Mən Zülfiyyə xanımla da çox gözəl dostam. Gözəl dostluğumuz olacaq”.
Könül
Musavat.com






