İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bu seçki Azərbaycan üçün yeni mərhələnin başlanğıcı olacaq”-Vüqar Bayramov

744 11.12.2023 15:58 Siyasət A A

 

“2023-cü il Azərbaycan üçün tarixi illərdən biri oldu. Ərazi bütövlüyü və suverenliyimizin tam bərpa olunması kontekstində iqtisadi islahatların daha da dərinləşməsi müşahidə olundu. Qalib ölkənin Müzəffər Ali Baş Komandanının rəhbərliyi ilə bütün sahələrdə islahatların dərinləşməsi müşahidə olunur.  Bu baxımdan, növbədənkənar prezident seçkisi ərazi bütövlüyümüzün və suverenliyimizin təsbitidir”.

Musavat.com-un məlumatına görə, bu fikirlər deputat Vüqar Bayramova məxsusdur.

Deputat əlavə edib ki, 7 fevral 2024-cü il tarixində keçiriləcək növbədənkənar Prezident seçkisi zəfər seçkisi olmaqla yanaşı, Azərbaycanın uğurlarının güclənməsinə xidmət edəcək: “Müstəqillik tarixində ilk dəfə olaraq Azərbaycanın bütün ərazisində seçki təşkil ediləcək.  Xalqımız bu seçkidə də Qalib xalqın Qalib Prezidentinin yanında olmaqla ölkə rəhbərinin siyasətini və eləcə də Qarabağ daxil olmaqla ölkədə həyata keçirilən quruculuq işlərini fəal şəkildə dəstəkləməkdə davam edəcək”.

V.Bayramov istisna etmir ki, bu seçki Azərbaycan üçün yeni mərhələnin başlanğıcı olacaq: “Bu mərhələ bütün sferalarda islahatların daha dərinləşməsi, Böyük Qayıdışın intensiv davam etdirilməsi və Azərbaycanın geo-siyasi və geo-iqtisadi mövqeyinin daha da güclənməsi ilə xarakterizə olunacaq”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR