İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu qanun dünyada ilk dəfə Avropada qəbul ediləcək

990 09.12.2023 16:11 Dünya A A

Aİ ölkələri və Avropa Parlamenti süni intellektdən istifadəni tənzimləyən qanunla bağlı razılığa gəliblər.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İspaniyanın Aİ Şurasındakı nümayəndəliyi "X" sosial şəbəkəsində məlumat yayıb.

Qeyd olunub ki, təşəbbüs Avropa İttifaqında istifadə edilən və yaradılan süni intellekt sistemlərinin təhlükəsiz olmasını, cəmiyyətin fundamental hüquq və dəyərlərinə hörmət etməsini təmin etmək məqsədi daşıyır.

Avropanın daxili bazar üzrə komissarı Terri Bretonun sözlərinə görə, Avropa süni intellektdən istifadə üçün aydın qaydaları müəyyən edən ilk qitədir.

“El Pais” qəzetinin məlumatına görə, razılıq üç gün davam edən gərgin danışıqlardan sonra əldə olunub.

Sənədin mətni hələ ki, tərəflər tərəfindən ratifikasiya olunmayıb. Qanunun 2026-cı ildə qüvvəyə minməsi gözlənilir, lakin bəzi aspektlər daha əvvəl qüvvəyə minəcək. Qanun həmçinin "ChatGPT" kimi süni intellekt texnologiyalarının istifadəsini tənzimləyəcək.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR