İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu ölkələr öz vətəndaşlarını Yeni Kaledoniyadan TƏXLİYƏ EDİR

908 21.05.2024 08:02 Dünya A A

Yeni Zelandiya hökuməti mayın 13-dən iğtişaşların davam etdiyi Yeni Kaledoniyadan öz vətəndaşlarını təxliyə etməyə başlayır.

Musavat.com TASS-a istinadən xəbər verir ki, bu barədə Yeni Zelandiyanın xarici işlər naziri Uinston Peters bildirib.

Onun sözlərinə görə, yaxın günlərdə Numeadan Oklendə uçuşlar planlaşdırılır.

Qeyd olunub ki, Kaledoniyadakı Yeni Zelandiya vətəndaşlarının geri qayıtması hökumətin əsas prioritetidir.

Nazirin sözlərinə görə, mayın 21-nə ilk uçuş həyata keçiriləcək.

"Yaxın günlərdə daha bir neçə uçuş təşkil etmək üçün Fransa ilə işləyirik", - deyə o bildirib.

Bundan əlavə, Avstraliya da Yeni Kaledoniyadan vətəndaşlarını təxliyə etmək üçün iki uçuş həyata keçirəcək.

Bu barədə Avstraliyanın xarici işlər naziri Penni Vonq bildirib.

Onun sözlərinə görə, Avstraliya vətəndaşlarını və digər ölkələrdən gələn turistləri Yeni Kaledoniyadan təxliyə etmək üçün iki reys həyata keçirməyə icazə alınıb. 

Nazir həmçinin qeyd edib ki, hazırda 300 Avstraliya vətəndaşı konsulluqdan qeydiyyatdan keçib və iğtişaşlar başlayandan sonra ölkəsinə qayıtmaq üçün kömək istəyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR