İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu ölkədə qadınlar ömürlük vergidən AZAD EDİLİR

1691 28.02.2024 18:14 Dünya A A

Macarıstanda dörd və ya daha çox uşağı olan qadınlar ömürlük gəlir vergisindən azaddırlar.

Musavat.com xəbər verir ki, bu barədə "The National News" məlumat yayıb.

Qeyd olunub ki, bu, 2015-ci ildə qadınları daha çox uşaq sahibi olmağa təşviq etmək üçün nəzərdə tutulmuş iqtisadi stimullaşdırma paketinin bir hissəsidir. Bura həmçinin mənzil yardımı, faizsiz kreditlər və ipoteka endirimləri daxildir.

Macarıstanın baş naziri Viktor Orban doğum səviyyəsini ölkə üçün strateji əhəmiyyət kəsb edən məsələ elan edib.

Macarıstanda bir çox digər inkişaf etmiş ölkələr kimi, əhalinin sayı azalır.

Məlumata görə, doğuş nisbəti hər qadına 1,45 uşaq təşkil edir ki, bu da əhalinin saxlanması üçün lazım olan 2,1-dən xeyli aşağıdır.

 Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR