İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu ölkədə epidemiya HƏYƏCANI! Fövqəladə vəziyyət ELAN EDİLDİ

757 29.05.2024 14:37 Yaşam A A

ABŞ-ın Ayova ştatında fermada toyuqlarda quş qripi aşkar edilib. Ştatın qubernatoru Kim Reynolds iyunun 27-dək qüvvədə olan fövqəladə vəziyyət elan edib.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, Ayova ştatının rəsmiləri Sioux County bölgəsində toyuqlarda quş qripi aşkarlandığını təsdiqləyib.

ABŞ-ın Kənd Təsərrüfatı Departamenti (USDA) də yumurtlayan toyuqlarda yüksək patogenli quş qripinin (HPAI) aşkarlandığını bildirib. 

Qeyd edək ki, ABŞ-da daha əvvəl bəzi inəklərin südündə quş qripi (H5N1) aşkar edilib. İki işçi quş qripinə tutulub, süd içən bəzi pişiklər isə virusdan ölüb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR