İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu ölkədə 4 milyon heyvan aclıqdan TƏLƏF OLDU

1281 12.03.2024 14:42 Dünya A A

Monqolustanda kəskin hava şəraiti səbəbindən 3,9 milyondan çox mal-qara tələf olub.

Musavat.comCentralAsia”ya istinadən xəbər verir ki, bunu ölkənin Fövqəladə Hallar üzrə Dövlət Komissiyasının katibi Bayarhuu Tuvşinsaikxan yerli KİV üçün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, mal-qaranın tələfatı bilavasitə kəskin hava şəraiti ilə bağlıdır.

Belə ki, qar altında yemək tapa bilməyən çoxlu sayda heyvan aclıqdan və soyuqdan tələf olub.

Məlumata görə, 2023-cü ilin sonuna Monqolustanda mal-qaranın ümumi sayı 9,1% azalaraq 64,7 milyon baş təşkil edib.

Qeyd edək ki, bu gün heyvandarlıq Monqolustan iqtisadiyyatının əsas sahələrindən biri olmaqla yanaşı, ölkənin köçəri əhalisinin demək olar ki, 40%-nin gəlir mənbəyidir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR