İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu il vəfat edən sənətçilər – FOTOLAR

861 23.12.2022 17:13 Hadisə A A

Məlum olduğu kimi, Xalq artisti Fikrət Verdiyev bu gün dəfn olunub. Onunla Təzə Pir məscidində vida mərasimi keçirildikdən sonra "Qurd qapısı" qəbiristanlığına aparılıb və ailə məzarlığında dəfn olunub. Dəfn mərasimində mərhumun ailə üzvləri və sənət dostları iştirak edib. Xatırladaq ki, 75 yaşlı sənətkar ötən gün Gəncə şəhərində vəfat edib. O, "Göygöl" Dövlət Mahnı və Rəqs Ansamblının yaradıcısı olub.

Qeyd edək ki, 2022-ci ildə xeyli sənətçi, mədəniyyət xadimi dünyasını dəyişib.

Musavat.com vəfat edən sənətçiləri təqdim edir:

Oqtay Rəcəbov

ae0a9f66-b1d2-3212-ad98-521ea0bb905e_850.jpg (128 KB)

Tanınmış bəstəkar, Əməkdar incəsənət xadimi, professor Oqtay Rəcəbov dekabrın 15-də 81 yaşında vəfat edib. O, 4 opera, 3 musiqili komediya, 3 simfoniya, 2 oratoriya, 1 kantata və 500 mahnının müəllifidir. Oqtay Rəcəbov həmçinin 20-dək filmə musiqi bəstələyib. Onun pedaqogika və musiqi ilə bağlı 10 monoqrafiyası, 70 dərsliyi, dərs vəsaiti və proqramı, 100-dən artıq məqaləsi var. Bəstəkar Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "Azərbaycan xalq musiqisi" kafedrasının professor idi.

Əlibaba Məmmədov

elibaba.jpg (77 KB)

Xalq artisti Əlibaba Məmmədov bu ilin 5 fevralında dünyasını dəyişib. Uzun illər Azərbaycan muğam sənətinə töhfə verən qocaman xanəndə "Şöhrət", "İstiqlal" və "Şərəf" ordeni ilə təltif olunub. O, 92 yaşında vəfat edib.

Rüstəm İbrahimbəyov

rustem.jpg (60 KB)

Xalq yazıçısı, ssenarist, prodüser və kinorejissor Rüstəm İbrahimbəyov da 2022-ci ildə dünyasını dəyişən məşhurlardan biridir. O,  xərçəng xəstəliyi səbəbindən 83 yaşında Moskvada vəfat edib. Qeyd edək ki, Rüstəm İbrahimbəyov 1989-cu ildə əsası qoyulan "İbrus" (İB- İbrahimbəyov, Rus-Rüstəm) şirkətinin və eyni adlı teatrın təsisçisi olub. 15 pyesi dünyanın 100-dən çox ölkəsində tamaşaya qoyulub. O, həmçinin ömrünün sonunadək Kinematoqrafçılar İttifaqının sədri olub. Rüstəm İbrahimbəyov Birinci Fəxri xiyabanda dəfn olunub.

Kamil Cəlilov

kamil.jpg (76 KB)

Azərbaycanın Xalq artisti, məşhur qoboy ifaçısı, bəstəkar Kamil Cəlilov da bu ilin fevralın 23-də 84 yaşında dünyasını dəyişib.

Firəngiz Rəhimbəyova

fira.jpg (167 KB)

Daha çox "Bəxt üzüyü" filmində Seda obrazı ilə məşhurlaşan müğənni-aktrisa Firəngiz Rəhimbəyova da bu il vəfat edib. Onun ölümü hər kəs üçün gözlənilməz idi. ABŞ-da yaşayan Firəngiz Rəhimbəyova 62 yaşında ürəktutmasından vəfat edib. O, 1993-cü ildə ABŞ-ın Los-Anceles şəhərinə köçmüşdü.

Ruhəngiz Qasımova

7433a7a2-eb0b-322f-8ce0-df5a84d6d596_850.jpg (129 KB)

Əməkdar artist, bəstəkar Ruhəngiz Qasımova bu ilin 9 oktyabrında 82 yaşında dünyasını dəyişib. Məlumata görə, bəstəkar Honkonqda yaşayan qızının evində qonaq olarkən vəfat edib. Əməkdar artist uzun müddət Azərbaycan Dövlət Televiziyasında və radiosunda səs rejissoru, bəstəkar kimi çalışıb. O, Yasamal qəbiristanlığında dəfn olunub.

Novruz Qartal

e1219adf-7e59-3179-a3e8-21f9284f1a49_850.jpg (68 KB)

Əməkdar artist, aktyor Novruz Qartal da bu il 74 yaşında xərçəng xəstəliyi səbəbindən dünyasını dəyişib. Qeyd edək ki, aktyor daha çox "Şirbalanın məhəbbəti", "Gülüş sanatoriyası", "Qəzəlxan" kimi filmlərindəki obrazları ilə yadda qalıb. Novruz Qartal yanvarın 8-də Gəncədə "İmamzadə" ziyarətgah qəbiristanlığında dəfn olunub.

"Dədə Süleyman"

cc15d47f-3d01-3ce3-b279-43442783f3b5_850.jpg (85 KB)

Əməkdar artist, "Dədə Süleyman" kimi tanınan Süleyman Abdullayev də uzun sürən şəkər xəstəliyindən sonra dünyasını dəyişib. Xatırladaq ki, adıçəkilən xəstəlik səbəbindən onun ayaq barmaqları amputasiya olunmuşdu. Süleyman Abdullayev zəngin tembrli, yüksək tessituralı səsə malik xanəndə idi. 1964-cü ildən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi fəaliyyətə başlayıb, xalq çalğı alətləri ansamblları ilə çalışıb. Mərhum Müşfiqabad qəbiristanlığında dəfn olunub.

Vaqif Əsədov

vaqif.jpg (46 KB)

Xalq artisti, aktyor Vaqif Əsədov da bu il vəfat edən tanınmışlar sırasındadır. Aktyor mayın 19-da 75 yaşında dünyasını dəyişib. Xatırladaq ki, Vaqif Əsədov 1978-ci ildə "Azərbaycan SSR əməkdar artisti", 2006-cı ildə "Azərbaycan Respublikasının xalq artisti" fəxri adına layiq görülüb.

Rəhim Rəhimli

rehim.jpg (371 KB)

45 yaşlı müğənni-bəstəkar Rəhim Rəhimlinin qəfil ölümü isə hər kəsi sarsıtdı. Qeyd edək ki, Rəhim Rəhimli sentyabrın 30-da yaşadığı evdə ürəktutmasından vəfat edib. Sənətçi 2018-ci ilin iyunundan 2020-ci ilin yanvar ayına kimi "MTV Azərbaycan" kanalının direktoru işləyib. O, Bülbülə qəbiristanlığında dəfn olunub.

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR