İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu il “İstanbul Etnokültür Festivalı”nda Azərbaycan milli mədəniyyətinə dair təqdimat olacaq - FOTOLAR

624 21.05.2024 17:15 Mədəniyyət A A

Bu il “İstanbul Etnokültür Festivalı”nda Azərbaycan milli mədəniyyətinə dair stend, əl sənəti, milli musiqi və rəqslərimiz təqdim ediləcəkdir.

Bu il 6-9 iyun tarixlərində Dünya Etno-İdman Konfederasiyası İstanbulda keçmiş Atatürk Hava Limanı ərazisində 6-cı Mədəniyyət Festivalı təşkil edəcək.

Musavat.com xəbər verir ki, Türkiyədə böyük marağa səbəb olan və dünyanın 30-dan çox ölkəsinin qatıldığı Festivalda Azərbaycan mədəniyyətini özündə əks etdirən çadır qurulacaq, əl sənəti, sənətkarlarımızın işləri, habelə milli musiqimiz və rəqslərimiz təqdim olunacaq.

Türkiyədəki Səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi ölkəmiz üçün ayrılmış çadırda müxtəlif bölgələrimizə aid xalçalar, Azərbaycan kəndlisinin həyat tərzini əks etdirən ev əşyaları (masa, küp qablar, dəmir və mis qazanlar, su kuzələri, çay dəstgahı, şirniyyat xonçası, beşik, nehrə, çıraqlar, müxtəlif qablar) milli geyimli qız və oğlaların maketi və s. təşkil ediləcəkdir. Qonaqlar canlı olaraq mütəxəsislərin Azərbaycan xalçasının toxunma prosesi, miniatür rəsmlərin yaradılması və Ağac üzərində oyma sənətinə dair iş prosesini izləmək imkanı əldə edəcəklər.

İstanbulda Etnokültür Festivalında Azərbaycan Mədəniyyət Mərkəzi təşkil etdiyi bədii proqram çərçivəsində Mərkəzin nəzdindəki “Xəzər” Rəqs Ansamblı milli rəqslərimizi təqdim edəcək, azərbaycanlı gənc qabalçı, nağaraçıların çıxışları, habelə Azərbaycanın Ağdam rayon Gülablı kənd Uşaq Musiqi Məktəbinin müəllimi, gənc xanəndə Habil Məmmədov və onun şagirdlərinin milli musiqimizə dair ifaları nəzərdə tutulub.

Festival çərşivəsində Azərbaycan Atçılıq Federasiyasının təşkilatçılığı ilə məşhur Qarabağ atlarının keçidi və çıxışları olacaq, müxtəlif ölkələr, habelə Türkiyənin şəhərləri və ayrı-ayrı ölkələri tanıdan çadırlarda həyat və məişət tərzlərinə dair əşyalar, əl sənətləri və mədəniyyətlər təqdim ediləcək.

Qeyd edək ki, 2016-cı ildən dünya Etnoidman Konfederasiyası tərəfindən təşkil edilən, rəngarəng hadisələr və rəqabətli mübarizələrlə ənənəvi idman və mədəniyyət festivalına çevrilən Etnoidman Mədəniyyəti Festivalı ənənəvi idman və oyunlar çərçivəsində dünyanın ən çox ziyarət edilən festivalıdır. Hər il 1 milyondan çox ziyarətçini qəbul edən festival öz ziyarətçilərini unudulmuş ənənəvi idman və mədəniyyətlərin izlərini daşıyan sevincli səyahətə çıxarır.

Beynəlxalq Festival müxtəlif millətlərdən olan bir çox iştirakçıya öz mədəniyyətlərini nümayiş etdirməyə imkan verir, Türkiyənin şəhərləri və müxtəlif dost ölkələrin tanıdıldığı, onların kənd-köçəri həyatının əks etdirən çadırlar qurulur, əl sənətləri emalatxanalar, canlı masterklaslar, konsertlər, xalq rəqsləri, çoxsaylı əyləncələr, uşaq oyunları isə festivala xüsusi rəng qatır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR