İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu içki mədəaltı vəzi hüceyrələrini öldürür

1880 23.05.2024 08:50 Yaşam A A

Müntəzəm olaraq araq içən insanların 50 yaşdan sonra mədəaltı vəzi səbəbindən ölmə riski çoxdur.

Musavat.com Medicina.az-a istinadən xəbər verir ki, bu barədə cərrah Aleksandr Umnov deyib.

“İlk zərbəni üzərinə götürən orqan mədəaltı vəzidir. Daha sonra araq qaraciyər, beyin, ürək-damar sistemini sıradan çıxarır. Spirtli içki sevənlərdə sirroz, diabet və pankreatitə daha çox rast gəlinir. Araq mədəaltı vəzinin hüceyrələrini zamanla öldürür və qaraciyərdə çapıqlar yaranır. Toxumada çapıq hissənin artması ensefalopatiya və sirroza gətirib çıxarır. Etanolun təsiri altında ürək ritmi pozulur, təzyiq qalxır, baş beyində pozulmalar olur. Alkoqolizmin təhlükəli ağırlaşmalarından biri də xərçəng riskidir. Araq qida borusu, mədə, qaraciyər, mədəaltı vəzi xərçənginin tətikləyicisidir", - o bildirib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR