İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu gün Xankəndi və İrəvan QARIŞIR: Paşinyan müharibə elan etdi! CANLI

3008 02.09.2023 11:07 Gündəm A A

Bu gün Xankəndidə separatçı-terrorçu rejim qondarma “müstəqillik günü”nü qeyd edir. İşğal dövründə təntənə ilə qeyd etdikləri bu günü 44 günlük müharibədən sonra sönük keçirən separatçılar bu gün səssizliyə bürünüblər. Bunun birinci səbəbi “başsız” qalmalarıdır. Araik Arutyunyan mövcud vəziyyətdə məsuliyyətdən xilas olmaq üçün “istefa” verdi.

İkinci səbəb isə rəsmi Bakının nəfəsini ənsənələrində hiss etmələridir. Artıq Xankəndinin qapısında dayanmışıq və separatçılar humanitar yardımın erməni əhalisinə çatdırılmasına qarşı nə qədər təxribat törətsə də, nəticədə bunun olacağını da anlayırlar.

Qarabağdakı mövcud vəziyyət bu gün separatçıların qondarma “bayramı” yox, sonunun başlanğıcı olduğunu deməyə əsas verir.

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycana qarşı növbəti təxribata yol verib. Musavat.com xəbər verir ki, Paşinyan “Azərbaycanın ərazi bütövlüyünü tanıyıram” bəyanatından imtina edib. O, bu gün “müstəqillik günü”nü qeyd edən separatçıları təbrik edib.

Onun bu addımı indiyə qədər aparılan sülh danışıqlarından birtərəfli qaydada imtina etməkdir. Paşinyan bu təxribatı ilə Azərbaycana qarşı rəsmən ərazi iddiası irəli sürüb.

Rəsmi Bakı Paşinyanın bu təxribatına cavab verməlidir. Azərbaycan suveren ərazisində böyük quruculuq işləri aparır, 30 ildir yurd-yuvasından didərgin düşənlər doğma el-obaya qayıdırlar.

Paşinyanın bu “təbriki” isə Azərbaycana müharibə elan etmək deməkdir. Deməli, azad olunmuş ərazilərdə aparılan işlər, oraya köçən vətəndaşların həyatı təhlükə qarşısındadır. Bu təhlükənin qarşısını almaq üçün isə mütləq real addım atılmalıdır.

Rəsmi Bakı quduz düşməndən özünü qorumaq, vətəndaşlarını qırğına verməmək üçün əməli addım atmağa məcbur ola bilər. Azərbaycanın qədim torpaqlarında bufer zonanın yaradılması mümkündür. Paşinyanın Azərbaycana qarşı ərazisi iddiasına, faktiki müharibə elan etməsinə cavab olaraq Azərbaycan ordusu Qərbi Azərbaycan ərazisinin bir hissəsini Ermənistanın işğalından xilas edə bilər. Çünki Ermənistan hakimiyyətinin təxribatları başqa variantı istisna edir. “Dəmir yumruq” olmasa, ermənilər sülhə gəlməyəcəklər.

TVMusavat-ın bu gün saat 11:10-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu politoloq Oqtay Qasımovla söhbətləşir. Tamaşaçılar da müzakirəmizdə iştirak edə bilər.


Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat


Youtube səhifəsinin ünvanı:


https://www.youtube.com/user/TVmusavat

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR