İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu görüntülər GÜNDƏM OLDU: İki baş nazir qapıda qaldı VİDEO

1052 09.12.2023 19:37 Dünya A A

Niderlandın baş naziri Mark Rutte Qəzza, Ukrayna və qeyri-qanuni miqrasiya da daxil olmaqla bir sıra məsələləri müzakirə etmək üçün çərşənbə günü Böyük Britaniyaya səfər edib.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, səfər çərçivəsində Rutte Böyük Britaniyanın baş naziri Rişi Sunak ilə görüşüb.

Sunak Rutteni qarşılamaq üçün nazirlik binasından çıxıb. Lakin fotoqraflara poza verdikdən dərhal sonra liderlər 10 nömrəli binaya daxil ola bilməyiblər, çünki qapı içəridən kilidlənib.

Qısa çaşqınlıqdan sonra qapı içəridən açılıb və iki lider gülümsəyərək binaya daxil olublar.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR