İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu danışıqlar Bakı-Moskva əlaqələrini daha da genişləndirməyi ehtiva edir - ŞƏRH

352 23.04.2024 15:31 Siyasət A A

“Baykal-Amur magistralı həm də Şərq-Qərb nəqliyyat dəhlizinin birinci marşrutu hesab edilən Yuxarı Dəhlizin şərq qanadının bir hissəsidir. Eyni zamanda Şimal-Cənub nəqliyyat dəhlizinin Rusiya ərazisinə çatandan sonra Şərqə şaxələnməsi üçün vacib nəqliyyat infrastrukturdur. Həmçinin bu magistral Şərqi Sibirin təbii resurslarının Azərbaycan və İran üzərindən keçməklə Ərəbistan dənizinə və Hind okeanına çıxışını təmin edən başlanğıc infrastruktur kimi çıxış edə bilər”.

Musavat.com xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Eldəniz Əmirov bildirib.

ELDENİZ.jpeg (77 KB)

“Amma bunun üçün dəhlizin Rusiya tərəfində bir çox layihələrin, İran hissəsində isə daha çox milyardlı infrastruktur layihələrinin icrası lazımdır”, - deyə ekspert əlavə edib.

Siyasi şərhçi Aqşin Kərimov da Prezident İlham Əliyevin aprelin 22-də Rusiyaya işgüzar səfəri haqda danışıb.

AQSİN.jpeg (208 KB)

Onun sözlərinə görə, bu görüş Azərbaycanın qazandığı iki böyük nəticənin ardınca baş tutub:

“Birincisi, Azərbaycan öz ərazilərinə müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin vaxtından əvvəl regionu tərk etməsinə nail oldu. İkincisi, Azərbaycan Qazaxın Ermənistanın nəzarətində olan yeddi kəndindən dördünün geri qaytarılmasını təmin etdi. İlham Əliyevin Rusiya prezidenti Vladimir Putinlə bu hadisələrdən sonrakı danışıqları regional reallıqda konseptual mənada Bakı ilə Moskvanın bir-birlərinin maraqlarını diqqətlə nəzərə alaraq əlaqələrini daha da genişləndirməyi ehtiva edir. Detallı olaraq iki ölkənin təhlükəsizlik sferasındakı əməkdaşlığını, iqtisadi-ticari həcmləri dərinləşdirməyi hədəf qoyur. Daha qlobal prizmadan yanaşdıqda, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizindəki yarımçıq qalan işlərin sürətləndirilməsinə baxışı özündə cəmləşdirir. Qeyd edilən 3 istiqamət Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi fonunda qiymətləndirilir.

Azərbaycan istəyir ki, regional eskalasiya riski yaranmasın, Moskva ilə Qərb rəqabətini Bakı-İrəvan gündəliyinə sirayət etdirməsin. Regionda Rusiya ilə gələcək əməkdaşlığın motivlərində Moskvanın hərbi təmsilçilik istəkləri yaranmasın. Kremlə gəlincə, o, maksimal şəkildə çalışır ki, Ukraynadakı müharibə səbəbi ilə qlobal təchizat marşrutlarında üzləşdiyi problemləri Azərbaycanın iştirakı ilə həll etsin. Eləcə də, Azərbaycanla İran arasında hərbi-siyasi gərginlik olmasın və tərəflər diqqəti Şimal-Cənub Nəqliyyat Dəhlizinə kökləsinlər, Azərbaycan-Ermənistan sülh gündəliyində moderatorluğu yenidən qazanıb Qərbə meydan oxumaq tərzini yeniləsin”.

Afaq Mirayiq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR