İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu da gözəl Başlıbel dağları... - FOTOLAR

1402 04.07.2023 15:26 Yazarlar A A

“Bu da gözəl Kəlbəcər dağları, hər tərəf dağ, çay, meşə, cənnətməkan”.

Erməni işğalından azad edilən Kəlbəcər rayonuna ilk səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyev Kəlbəcəri bu cür təsvir etmişdi. Bəli, məhz cənnətməkan. Adı artıq bütün Azərbaycanda məşhurlaşan, BMT tribunasında səsləndirilən cənnətməkan Başlıbel əsrarəngiz gözəlliyi ilə seçilir.

basli.jpeg (219 KB)

Başlıbel 18 aprel 1993-cü ildə Ermənistan silahlı qüvvələrinin dinc əhalinin qətliamını həyata keçirdiyi, dəhşətli faciələrin yaşandığı kənd kimi daha çox tanınır.

“Yeni Müsavat”ın Başlıbeldən olan əməkdaşı Etibar Seyidağanın doğma kəndinin dağları, meşələri, yaylaqlarından çəkib təqdim etdiyi fotolar isə bu qədim yurdumuzu həm də gözəlliklər diyarı kimi tanıdır.

basli 1.jpeg (192 KB)

Qeyd edək ki, Başlıbel Kəlbəcər rayonunun ən qədim və böyük kəndlərindən biridir. 7659 hektar ərazisi olan kənd iki dağ çayının qovuşduğu yerdə, Dəlidağın ətəyində yerləşir. Başlıbel kəndinin tarixi xeyli qədim olsa da, tam öyrənilməyib. Kənd ağsaqqallarının sözlərinə görə, Başlıbelin hazırkı sakinlərinin babaları kənd ərazisində təxminən XVII əsrdə məskunlaşıb. 1993-cü ilin aprelində kənd Ermənistan tərəfindən işğal olunub. 2020-ci ildə 44 günlük Vətən müharibəsi Başlıbel kəndinin də azad edilməsi ilə nəticələnib.

etibar.jpeg (225 KB)

Etibar Seyidağa,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR