İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu ay cibləri və qəlbi dolacaq 4 BÜRC - Vəzifə, Toy, Səyahət və...

21349 07.10.2023 10:16 Astrologiya A A

Astroloqlara görə, bəzi bürclər müəyyən zaman aralığında istədikləri hər şeyi əldə edə bilirlər. Oktyabr ayında sevgi, karyera və pulla xoşbəxt olacaq 4 bürc açıqlanıb.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, o şanslı bürcləri təqdim edir:

Tərəzi

Oktyabr ayında Tərəziləri yaxşı fürsətlər gözləyir. Xüsusilə iş həyatında arzuladıqları mövqeyə çatma şansı qazanacaq Tərəzilər, eşq həyatlarının rəngsiz olması halında çox xoşbəxt bir dövrə salam deyəcəklər. Evli olanların həyat yoldaşları ilə səyahət etmək şansı ola bilər. Subay Tərəzilər yeni insanla tanış olmaq şansı əldə edəcəklər. Maddi baxımdan gözlənilən pul varsa, o sizə gələcək.

Oxatan

Oktyabrın başqa bir şanslı bürcü Oxatan olacaq. Uzun müddətdir gözlənilən pul varsa, o pulu alacaq. Oxatan bürcü iş həyatında yeni vəzifəyə yüksələ bilər. Səyahət etməyi planlaşdıran Oxatanlar bu ay çox arzulanan səfərə çıxa bilərlər.

Oğlaq

Ailə həyatında və münasibətlərdə problem yaşayan Oğlaqlar bu ay istədikləri nəticəni əldə edəcəklər. Eşq həyatında xoşbəxt bir dövr keçirən Oğlaqlar bu ayda partnyorları ilə istədikləri kimi vaxt keçirmə şansı əldə edəcəklər. Maddi cəhətdən çox şeyi əldə edə biləcək Oğlaq bürcü güclü bir dövr yaşayacaq.

Əqrəb

Oktyabr ayında şans zirvəsini yaşayacaq başqa bir bürc Əqrəblərdir. Səhhətinizdə problem varsa, xilas olacaqsınız. Axtardığınız sevgini bu ay tapa bilərsiniz və subaysınızsa, evliliyə doğru böyük addım ata bilərsiniz. Əgər uzun müddətdir arzuladığınız bir şeyi gözləyirsinizsə, istədiyinizi asanlıqla əldə edə biləcəksiniz. Maddi cəhətdən rahatlıq hiss edəcəksiniz.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR