İnsanlara hürriyət, millətlərə istiqlal!

Bryanskda sinif yoldaşlarına atəş açan qızın atası saxlanılıb

943 08.12.2023 14:25 Kriminal A A

Polis Bryanskda 5 saylı gimnaziyada atəş açan qızın atasını saxlayıb. Alina adlı qızın atası pivə zavodunun təhlükəsizlik xidmətinin rəisidir.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki bu barədə hüquq-mühafizə orqanlarındakı mənbə məlumat yayıb.

Daha əvvəl məktəbin təhlükəsizliyinə cavabdeh olan özəl mühafizə təşkilatının 40 yaşlı baş direktoru və təhsil ocağının mühafizə xidmətinin 51 yaşlı əməkdaşının saxlanması barədə məlumat yayılıb.

RİA Novosti-nin məlumatına görə, özəl təhlükəsizlik təşkilatı “Excalibur” adlanır. Müəssisənin baş direktoru Sergey Poddubnıdır və o, saxlanılıb. Məktəbin mühafizə xidmətinin əməkdaşının adı isə Qalina Çertkovadır.

Agentliyin həmsöhbətinin sözlərinə görə, həbs dekabrın 8-nə keçən gecə baş verib və cinayət işi Rusiya İstintaq Komitəsi tərəfindən araşdırılır.

Xatırladaq ki, dekabrın 7-də səhər məktəbə qara paltarda gələn qız özüylə atasına məxsus “Bekas-3” ov tüfəngi gətirib. Dördüncü mərtəbəyə qalxan məktəbli sinif otağına girib, partasına oturub, silahı çıxarıb və şagirdlərə atəş açıb. Daha sonra isə o, intihar edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR