İnsanlara hürriyət, millətlərə istiqlal!

Britni Spirs BU XƏBƏRLƏRİ təkzib edib

517 05.01.2024 05:42 Dünya A A

Müğənni Britni Spirs yeni albom üzərində işlədiyi barədə xəbərləri təkzib edib.

“Bilin ki, xəbərlərin çoxu zibildir! Yeni albom yazdırmaq üçün təsadüfi insanlara yaxınlaşdığımı deyirlər... Mən heç vaxt musiqi industriyasına qayıtmayacağam!” - deyə müğənni bildirib.

Spirs qeyd edib ki, o, yeni mahnıları yalnız “istək və ya sifarişlə” yazır. O, mediada onun işi ilə bağlı yayılan şayiələrdən qəzəblənib və onların yalan olduğunu vurğulayıb.

Qeyd edək ki, dekabrın 30-da “The Sun” nəşri Spirsin səkkiz ildən sonra 2024-cü ildə ilk albomunu buraxacağını yazmışdı.//Oxu.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR