İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniyalı politoloq azərbaycanlıların parlament önündə keçirdiyi aksiyadan danışdı - Videolar, fotolar

911 21.01.2023 20:31 Siyasət A A

Yanvarın 21-də bir qrup azərbaycanlı Böyük Britaniya parlamenti önündə aksiya keçirib.

Musavat.com xəbər verir ki, aksiya iştirakçıları Ermənistanın Qarabağdakı ekoloji terroruna və erməni separatçılarının təxribatlarına etiraz şüarları səsləndiriblər.

Aksiyada iştirak edən tanınmış britaniyalı politoloq Neil Vatson bu haqda Musavat.com-a danışıb:

"Ümumilikdə 25 azərbaycanlı və Azərbaycan tərəfdarları, eləcə də beynəlxalq hüquq, ekologiya və insan haqları tərəfdarları Böyük Britaniya parlamenti qarşısında işğaldan azad edilmiş Qarabağda Ermənistanın Rusiya sülhməramlılarının gözü önündə törətdiyi ekoloji terrorizm və erməni separatçılarının təxribatları ilə bağlı etiraz aksiyası keçirdilər. Aksiyada ermənilərin Laçın-Xankəndi yolundan qanunsuz məqsədlər üçün istifadə etməsi də diqqətə çatdırıldı. Aksiya iştirakçıları 2 saat ərzində Azərbaycan, Güney Azərbaycan və Türkiyə bayraqlarını dalğalandırdı, erməni ekoterrorizmini və minaları pisləyən plakatlar nümayiş etdirdi. Həmçinin bütün bunlarla bağlı yoldan keçənlərə braşurlar paylanıldı. Aksiya Böyük Britaniya Azərbaycanlılarının Koordinasiya Şurası tərəfindən təşkil olunub".

Xalidə Gəray
Fotolar müəllifindir
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR