İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniya şirkəti Ukrayna üçün 8 ölkədən haubitsa sifarişi alıb

456 04.01.2024 13:33 Dünya A A

Britaniyanın müdafiə şirkəti “BAE Systems” beş illik fasilədən sonra ABŞ silahlı qüvvələrinin və digər müştərilərin ehtiyacları üçün Amerika M777 haubitsasının hissələrinin istehsalını bərpa edəcək.

Musavat.com xəbər verir ki, bu barədə The Wall Street Journal məlumat yayıb.

Onun mənbələrinə görə, istehsal olunan ilk komponentlər Vaşinqtonun Ukraynaya verdiyi və Ukrayna Silahlı Qüvvələrinin istismarında olan silahların yenilənməsi və təmiri üçün nəzərdə tutulub.

BAE Systems nümayəndəsinin nəşrə verdiyi məlumata görə, M777-nin istehsalının bərpasının əsas səbəbi Ukrayna münaqişəsi fonunda bu haubitsaya tələbatın artması olub. Onun sözlərinə görə, şirkət ən azı səkkiz ölkədən bu haubitsaların alınması üçün müraciətlər alıb və bütün silahların tədarükü üçün müqavilələrin tezliklə bağlanacağını gözləyir.

WSJ qeyd edir ki, Ukrayna ordusu Qərb müttəfiqləri tərəfindən Kiyevə verilən digər artilleriya sistemlərindən daha çox M777 haubitsa ilə silahlanıb. ABŞ, Avstraliya və Kanada münaqişə başlayandan bəri Kiyevə ən azı 170 haubitsa təhvil verib, lakin onlardan ən azı 77-si zədələnib və ya məhv edilib. Bu silah növünün itkilərə təsir edən əsas çatışmazlığı onun özü hərəkət edən deyil, yedəkli silah olması və buna görə də manevr qabiliyyətinin az olması və cavab atəşinə daha həssas olmasıdır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR